...

Azərbaycan və Meksika arasında enerji, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafı müzakirə edilib

Siyasət Materials 19 İyul 2012 17:56 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov cümə axşamı Meksika Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyəti ilə enerji, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edib.
Azərbaycan və Meksika arasında enerji, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycan, Bakı, 19 iyul / Trend müxbir M.Əliyev/

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov cümə axşamı Meksika Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyəti ilə enerji, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə XİN mətbuat xidmətindən bildirilib.

Oskar Paniaqua iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib və bunun üçün geniş potensialın olduğunu qeyd edib. Deputatlar Palatasının prezidenti Azərbaycanın Meksikada səfirliyinin açılmasını yüksək qiymətləndirib və Meksikanın da Azərbaycanda səfirliyinin təsis edilməsinin vacibliyini vurğulayıb.

Görüşdə nazir Məmmədyarov Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnunluq ifadə edib.

Dostluq əlaqələrinin möhkəmləndirilməsində Parlament Diplomatiyasının əhəmiyyətini qeyd edən Məmmədyarov Meksika Senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərara görə Meksika tərəfinə təşəkkür edib.

Görüşdə Meksikada Azərbaycan mədəniyyət günlərinin keçirildiyini nəzərə alaraq, Azərbaycanda da eyni tədbirin keçirilməsi arzusu ifadə edilib.

Xəbər lenti

Xəbər lenti