...

Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 24 İyul 2012 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,5 (yeddi milyon beş yüz min) milyon manatı Şabran Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti