...

Daha 390 suriyalı Türkiyə ərazisinə keçib

Siyasət Materials 2 Avqust 2012 16:28 (UTC +04:00)
Bu gün Suriyadakı toqquşmalardan xilas olmağa çalışan 390 nəfər Türkiyə ərazisinə keçib.
Daha 390 suriyalı Türkiyə ərazisinə keçib

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir A.Tağıyeva/

Bu gün Suriyadakı toqquşmalardan xilas olmağa çalışan 390 nəfər Türkiyə ərazisinə keçib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Agentliyin məlumatına görə, qaçqınlar arasında Suriya ordusunun iki polkovniki də var.

Türkiyədəki 75 min suriyalı qaçqın Reyhanlı əyalətindəki çadır şəhərciklərində yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti