...

Azərbaycan XİN İranda dörd vətəndaşımızın saxlanılması barədə məlumatı araşdırır

Siyasət Materials 7 Avqust 2012 12:15 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranın Ərdəbil şəhərində 4 azərbaycanlının saxlanılması haqqında məlumatı araşdırır.
Azərbaycan XİN İranda dörd vətəndaşımızın saxlanılması barədə məlumatı araşdırır

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranın Ərdəbil şəhərində 4 azərbaycanlının saxlanılması haqqında məlumatı araşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı XİN-in mətbuat xidmətindən bildiriblər.

"İran tərəfi hələlik Azərbaycanın 4 vətəndaşının saxlanılması barədə rəsmi məlumat təqdim etməyib", - XİN-dən qeyd ediblər.

İranın mətbuat orqanlarının məlumatına görə, saxlanılanlardan ikisi narkotik qaçaqmalçılığında təqsirləndirilir.

Xəbər lenti

Xəbər lenti