...

Azərbaycanın Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans çərçivəsində fəaliyyətinin genişləndirilməsi müzakirə edilib

Siyasət Materials 9 Avqust 2012 18:43 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisinin dəvəti ilə "Frontex" Agentliyinin (Avropa İttifaqı üzv dövlətlərinin xarici sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa agentliyi) icraçı direktoru İlkka Laytinenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Azərbaycanın Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans çərçivəsində fəaliyyətinin genişləndirilməsi müzakirə edilib

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisinin dəvəti ilə "Frontex" Agentliyinin (Avropa İttifaqı üzv dövlətlərinin xarici sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa agentliyi) icraçı direktoru İlkka Laytinenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Xidmətin mətbuat mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti DSX rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib.

Görüşdə Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib, qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivləri, o cümlədən tərəflər arasında əlaqələrin normativ-hüquqi bazasının inkişaf etdirilməsi, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans çərçivəsində fəaliyyətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti DSX-nin Akademiyası, Sahil Mühafizəsi və "Sərhədçi" İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti