...

Azərbaycan-Türkmənistan münasibətləri müzakirə olunub

Siyasət Materials 13 Avqust 2012 18:30 (UTC +04:00)
Avqustun 12-də Türkmənistanda keçirilən Yemiş bayramında Türkmənistan hökumətinin dəvətilə iştirak edən Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultan-zadə Turkmənistan Nazirlər Kabinetinin sədr müavini R.Seyitkulıyev ilə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıb.
Azərbaycan-Türkmənistan münasibətləri müzakirə olunub

Azərbaycan, Bakı, 13 avqust /Trend /

Avqustun 12-də Türkmənistanda keçirilən Yemiş bayramında Türkmənistan hökumətinin dəvətilə iştirak edən Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultan-zadə Turkmənistan Nazirlər Kabinetinin sədr müavini R.Seyitkulıyev ilə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Türkmənistanın hökumət üzvlərinin iştirak etdiyi həmin tədbirdə Azərbaycan diplomatı ilə Turkmənistan səlahiyyətlisi arasında Azərbaycan- Türkmənistan münasibətlərinin əsas sahələrindən olan nəqliyyat məsələləri ətrafında söhbət aparılıb.

Nəqliyyat arteriyalarının yenidən qurulmasını və şaxələndirilməsini həyata keçirən Turkmənistan tranzit ölkə olaraq bölgədə maraq dairəsində olan ölkələrdəndir.

Xəbər lenti

Xəbər lenti