...

Əbülfəz Elçibəyin ölümü ilə bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb

Siyasət Materials 17 Avqust 2012 14:23 (UTC +04:00)
Sabiq ölkə prezidenti Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb.
Əbülfəz Elçibəyin ölümü ilə bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir E.Mehdiyev/

Sabiq ölkə prezidenti Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb. Trend-in sorğusuna cavab olaraq, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov deyib.

E.Sultanovun sözlərinə görə, araşdırma zamanı Hacıyev və başqaları Əliyevin ölümündən əvvəl zəhərləndirilməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən töridilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər.

Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Xəbər lenti

Xəbər lenti