...

XİN: İranda həbsdə saxlanılan şairlərlə bağlı məhkəmə qərarı yaxın 15-20 gün ərzində çıxarılacaq

Siyasət Materials 23 Avqust 2012 11:28 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndələri dünən bu ölkədə həbsdə saxlanılan Fərid Hüseyn və Şəhriyar Hacızadənin işinə baxan hakimlə görüşüb.
XİN: İranda həbsdə saxlanılan şairlərlə bağlı məhkəmə qərarı yaxın 15-20 gün ərzində çıxarılacaq

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndələri dünən bu ölkədə həbsdə saxlanılan Fərid Hüseyn və Şəhriyar Hacızadənin işinə baxan hakimlə görüşüb.

Trend-in məlumatına görə bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev məlumat verib.

Abdullayev bildirib ki, 15-20 gün ərzində Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəməsi yekunlaşacaq və onlar barəsində çıxarılacaq qərarla bağlı məlumat veriləcək.

Abdullayevin sözlərinə görə, hakim bildirib ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə barəsində hələlik rəsmi ittiham və qərar yoxdur.

Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar.

Xəbər lenti

Xəbər lenti