...

Elmar Məmmədyarov: Şairlərin hələ də həbsdə olması Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərir

Siyasət Materials 30 Avqust 2012 19:12 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində İranın neft naziri Rüstəm Qasəmi ilə görüşüb.
Elmar Məmmədyarov: Şairlərin hələ də həbsdə olması Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərir

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində İranın neft naziri Rüstəm Qasəmi ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və əməkdaşlıq üçün potensialın mövcudluğu vurğulanıb.

Məmmədyarov Azərbaycan vətəndaşları olan iki şair Şəhriyar Hacızadənin və Fərid Hüseynovun hələ də həbsdə olmasının iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdiyini İran rəsminin diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti