...

Macarıstan hökuməti Ramil Səfərovun azadlığa buraxılmasına reaksiya verib

Siyasət Materials 3 Sentyabr 2012 00:58 (UTC +04:00)
Macarıstan hökuməti bazar günü Ramil Səfərovun Azərbaycan tərəfindən azadlığa buraxılmasını pisləyib. Bu barədə Dow Jones agentliyi məlumat verib.
Macarıstan hökuməti Ramil Səfərovun azadlığa buraxılmasına reaksiya verib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Macarıstan hökuməti bazar günü Ramil Səfərovun Azərbaycan tərəfindən azadlığa buraxılmasını pisləyib. Bu barədə Dow Jones agentliyi məlumat verib.

Qeyd edək ki, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov cümə günü Azərbaycana gətirilib. O, ölkə başçısının sərəncamı ilə əfv olunub.

Ramil Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Daha əvvəl Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov KİV-lərə bildirib ki, Ramil Səfərov, "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası nəzərə alınaraq, Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında əfv edilib. "Konvensiyaya əsasən, hər bir tərəf əfv, amnistiya elan edə və ya ölkə Konstitusiyası, yaxud digər hüquqi aktlar əsasında məhkumun cəzasını azalda bilər", - Fuad Ələsgərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti