...

Bakıda İsveçrənin milli bayramı qeyd edilib

Siyasət Materials 7 Sentyabr 2012 21:05 (UTC +04:00)
Bu gün Bakıda İsveçrənin milli bayramı - İsveçrə dövlətinin yaranması günü qeyd edilib.
Bakıda İsveçrənin milli bayramı qeyd edilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda İsveçrənin milli bayramı - İsveçrə dövlətinin yaranması günü qeyd edilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan İsveçrənin Azərbaycandakı səfiri xanım Sabine Ulmann Şaban ölkəsinin milli bayramı ilə yanaşı, Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin də qeyd olunduğunu diqqətə çatdırıb.

Səfir qeyd edib ki, son 20 ildə müxtəlif sahələrdə Azərbaycan-İsveçrə əlaqələri inkişaf edib. Xanım Ulmann Şaban deyib ki, Azərbaycan yalnız neft ölkəsi deyil, o cümlədən mədəni baxımdan inkişaf etmiş bir ölkədir.

Səfir bildirib ki, son 5 ildə Azərbaycanla İsveçrə arasında əlaqələr xeyli inkişaf edib.

Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan hökuməti adından İsveçrə xalqını təbrik edib, rifah və əmin-amanlıq arzulayıb.

Bu günə qədər Azərbaycanla İsveçrə arasında 22 ikitərəfli sənədin imzalandığını deyən nazir bu sənədlərin iki ölkə arasında daha geniş mübadiləyə yol açdığını vurğulayıb.

Qarayev ümid etdiyini bildirib ki, Azərbaycanla İsveçrə arasında dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə daha da inkişaf edəcək.

Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti