...

Azərbaycan diplomatı Qatarın ali ordeni ilə təltif olundu

Siyasət Materials 9 Sentyabr 2012 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, S. Ağayeva/

Qatar əmiri Həməd bin Xəlifə əl-Tani Azərbaycanın səfiri Eldar Səlimovu Azərbaycan və Qatar arasında ikitərəfli münasibətlərin inkişafına töhfəsi üçün "Fərqlənmə" ordeni ilə mükafatlandırdı.

Bazar günü əmir Qatarda diplomatik fəaliyyətini tamamlayan səfiri qəbul edərək Səlimova ordeni təqdim etdi. "Fərqlənmə" ordeni Qatarın ali ordenidir. O, siyasətçilərə və xarici diplomatlara verilir.

Görüşdə dövlət başçısı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi və ümidi etdi ki, gələcəkdə bu münasibətlər daha da inkişaf edəcəklər.

Xəbər lenti

Xəbər lenti