...

ASALA Azərbaycanın diplomatik missiyalarına növbəti təhdid məktubu göndərib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Sentyabr 2012 14:30 (UTC +04:00)
ASALA Azərbaycanın diplomatik missiyalarına növbəti təhdid məktub göndərib.
ASALA Azərbaycanın diplomatik missiyalarına növbəti təhdid məktubu göndərib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/

ASALA Azərbaycanın diplomatik missiyalarına növbəti təhdid məktub göndərib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

"Nor-Asala" ("Yeni Asala") Azərbaycanın diplomatik missiyalarının nümayəndələri və türk diplomatların ünvanlarına hədələyici məktubu Azərbaycanın bir neçə səfirliyinə göndərib.
Türk dilində yazılan 6 səhifəlik məktubda guya, İranın dəstəyi ilə Livanda təşkilatın yaradılması barədə məlumat verilir.

"Məktubun surəti Böyük Britaniyanın "Guardian", Fransanın "Le Mons", Almaniyanın "Spiegel", Rusiyanın "Kommersant", ərəbdilli "əl-Salam", İspaniyanın "El Pais" qəzetinə göndərilib", - Abdullayev deyib və onu da qeyd edib ki, Ermənistan tərəfi növbəti dəfə terror addımlarına üstünlük verir.

Onun sözlərinə görə, bu, Azərbaycan və Türkiyəyə qarşı yönəldilmiş açıq terror təhdididir.

"Dünyada terrorizmlə mübarizə aparıldığı və Azərbaycanın bu mübarizədə fəal dövlətlərdən biri olduğu dövrdə dünya ictimaiyyəti mövcud fakta laqeyd yanaşa bilməz", - mətbuat katibi vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfi mövcud faktla bağlı öz araşdırmasını davam etdirəcək, səfirlik və konsulluqlarımızın yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının birgə səyləri ilə Azərbaycanın diplomatik missiyalarının təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, ASALA bir müddət əvvəl Ramil Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycanın Macarıstandakı səfirliyinə də təhdid məktubu göndərmişdi və səfirliyin bəzi əməkdaşlarının adlarını çəkərək onların öldürüləcəyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti