...

Bakının Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulub (FOTO)

Siyasət Materials 14 Sentyabr 2012 15:18 (UTC +04:00)
Sentyabrın 14-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulub.
Bakının Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulub (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Sentyabrın 14-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulub.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı uşaq bağçasının istifadəyə verildikdən sonrakı görüntülərini əks etdirən stendə baxdı.

Diqqətə çatdırıldı ki, bağça binasının ümumi sahəsi 1200 kvadratmetr olacaq. İki mərtəbədən ibarət binada 20-dən çox otaq, o cümlədən kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, həkim, musiqi otaqları və digər kabinetlər yaradılacaq. Bağçada qış və yay oyun zalları fəaliyyət göstərəcək. Ətrafda geniş yaşıllıq zolağı salınacaq, müxtəlif attraksionlar quraşdırılacaq.

Prezident İlham Əliyev uşaq bağçası binasının təməlini qoydu.

Dövlətimizin başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti