...

Prezident İlham Əiyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Siyasət Materials 14 Sentyabr 2012 18:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasını yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik edib.
Prezident İlham Əiyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasını yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə təbrik edib.

"Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi vətəndaşlarımız yüz illərdir ki, ölkəmizdə əmin-amanlıq, dostluq və qardaşlıq münasibətləri şəraitində yaşayır, öz dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaqla Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hazırda ölkəmizdə gedən böyük tərəqqi və inkişaf prosesində, azad vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yəhudi icmasının özünəməxsus rolu vardır", - təbrikdə deyilir.

Qeyd olunur ki, hər il təntənə ilə keçirilən Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirir.

"Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!" - təbrikdə bildirilir.

Xəbər lenti

Xəbər lenti