...

İlham Əliyev İndoneziyanın iqtisadi məsələlər üzrə nazirini qəbul edib

Siyasət Materials 17 Sentyabr 2012 11:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi İndoneziyanın iqtisadi məsələlər üzrə naziri Hatta Racasanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev İndoneziyanın iqtisadi məsələlər üzrə nazirini qəbul edib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi İndoneziyanın iqtisadi məsələlər üzrə naziri Hatta Racasanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə İndoneziya arasında siyasi sahədə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu qeyd etdi. Dövlətimizin başçısı İndoneziyanın iqtisadi məsələlər üzrə naziri Hatta Racasanın Azərbaycana səfərinin uğurlu olacağına və bu səfərin əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Nazir Hatta Racasa İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyononun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfərindən və Azərbaycanda gedən böyük iqtisadi inkişaf proseslərindən məmnunluğunu ifadə etdi. Azərbaycanın mühüm beynəlxalq layihələrdə iştirakının önəmini qeyd edən Hatta Racasa ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərini olduğunu vurğuladı. Nazir ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu dedi.

Prezident İlham Əliyev Prezident Susilo Bambanq Yudhoyononun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İndoneziyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti