...

İran və İraq prezidentləri ikitərəfli əlaqələri müzakirə edəcəklər

Siyasət Materials 19 Sentyabr 2012 16:56 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad İraqa səfər edəcək. Səfər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədini daşıyır.
İran və İraq prezidentləri ikitərəfli əlaqələri müzakirə edəcəklər

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T. Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad İraqa səfər edəcək. Səfər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədini daşıyır. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın İraqdakı səfiri Həsən Danayifər deyib.

Danayifər deyib ki, bu səfər Prezidentin Nyu Yorka gözlənilən səfərindən sonra baş tutacaq.

O əlavə edib ki, Əhmədinejad iraqlı həmkarı, həmçinin bu ölkənin rəsmiləri ilə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti