...

Urmiyadan Naxçıvana yeni avtobus reysi fəaliyyət göstərəcək

Siyasət Materials 24 Sentyabr 2012 14:55 (UTC +04:00)
İranın Qərbi Azərbaycan ostanı (Urmiya şəhəri) və Naxçıvan Muxtar Respublikası (Naxçıvan şəhərinə) arasında yeni avtobus reysi fəaliyyət göstərəcək.
Urmiyadan Naxçıvana yeni avtobus reysi fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend müxbir T.Cəfərov/

İranın Qərbi Azərbaycan ostanı (Urmiya şəhəri) və Naxçıvan Muxtar Respublikası (Naxçıvan şəhərinə) arasında yeni avtobus reysi fəaliyyət göstərəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, İranın Qərbi Azərbaycan əyalətinin Terminallar üzrə Baş Nəqliyyat İdarəsinin rəsmisi bildirib ki, Poldəşt keçid məntəqəsinin fəaliyyətə başlaması ilə yeni avtobus reysi də öz fəaliyyətinə başlayacaq.

İran KİV-inin məlumatına görə, bu marşrut üzrə Poldəşt keçid məntəqsi ilə sutkada 160 sərnişinin daşınması nəzərdə tutulub. Bu rəqəmin gələcəkdə 320 nəfərə qədər artacağı gözlənilir.

Poldəşt keçid məntəqəsi vasitəsi ilə sərnişinlərin gediş-gəlişi onlar üçün xərclərin 80 faizə qədər azalmasına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti