...

İlham Əliyev Rusiyanın Volqoqrad vilayətinin qubernatorunu qəbul edib

Siyasət Materials 24 Sentyabr 2012 17:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Rusiyanın Volqoqrad vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Sergey Bojenovu Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru təyin olunması münasibətilə təbrik etdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi, ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektlərinin, o cümlədən Volqoqrad vilayətinin əlaqələrinin bu münasibətlərin inkişafındakı rolunu qeyd etdi.

Dövlətimizin başçısı Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun Azərbaycana səfərinin ölkəmizlə Rusiya Federasiyasının bu vilayəti arasında fəal qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcəyinə əminliyini bildirdi.

Həştərxan vilayətinin qubernatoru olduğu illəri məmnunluqla xatırlayan Sergey Bojenov Həştərxanın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirdi. Həştərxanda məktəbin, parkın, ulu öndər Heydər Əliyevin abidəsinin və körpünün inşasını əlaqələrimizin konkret nümunəsi kimi qiymətləndirən qonaq bunun uzun illər əməkdaşlığımızın və dostluğumuzun möhkəmləndirilməsi işinə xidmət edəcəyini vurğuladı. Azərbaycan ilə Volqoqrad arasında əməkdaşlığa toxunan Sergey Bojenov vaxtilə ulu öndər Heydər Əliyevin Volqoqrada gəlişinin vilayətin əhalisi tərəfindən bu günədək böyük hörmətlə xatırlandığını dedi. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı Xıdır Mustafayevin Volqoqradın alman faşizmindən müdafiə olunmasında göstərdikləri qəhrəmanlığın da böyük hörmətlə yad edildiyini vurğuladı.

Xəbər lenti

Xəbər lenti