...

BMT-nin gənclər modeli ətrafında müzakirələrə Azərbaycan da qatılacaq

Siyasət Materials 25 Sentyabr 2012 15:47 (UTC +04:00)
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Ukraynada BMT-nin gənclər modeli ətrafında müzakirələrə qatılacaq.
BMT-nin gənclər modeli ətrafında müzakirələrə Azərbaycan da qatılacaq

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Ukraynada BMT-nin gənclər modeli ətrafında müzakirələrə qatılacaq.

İcmanın Əlaqələndirmə Şurasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "BMT-nin gənclər modeli" mövzusunda beynəlxalq forum sentyabrın 26-28-də Ukrayna Ali Radasının, Ümumukrayna Gənclər Assambleyasının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü və BMT-nin Ukrayna nümayəndəliyinin dəstəyi ilə keçiriləcək.

Dünyanın 15 ölkəsindən 150-ə yaxın gənclər təşkilatının nümayəndələrinin qatılacağı forumda Ukrayna Ali Radasının üzvləri və Ali Radanın bir neçə komitəsinin sədrləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti