...

Nyu-Yorkda GUAM Nazirlər Şurasının iclası keçirilib

Siyasət Materials 27 Sentyabr 2012 17:21 (UTC +04:00)
GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı siyasi münasibətlər, qurumlararası əməkdaşlıq, təşkilat çərçivəsində əməkdaşlığın aktual məsələləri nəzərdən keçirilib.
Nyu-Yorkda GUAM Nazirlər Şurasının iclası keçirilib

Gürcüstan, Tbilisi, 27 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı siyasi münasibətlər, qurumlararası əməkdaşlıq, təşkilat çərçivəsində əməkdaşlığın aktual məsələləri nəzərdən keçirilib.

Trend-in Gürcüstan XİN-ə istinadən verdiyi məlumata görə, GUAM-a üzv ölkələrin Xarici İşlər Nazirlələri Şurasının 18-ci iclası sentyabrın 26-da BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində keçirilib.

İclas iştirakçıları yekun protokol imzalayıblar.

Çərşənbə günü həmçinin GUAM-ABŞ əməkdaşlığı formatında görüş keçirilib. Görüşdə təşkilata üzv ölkələrin xarici işlər nazirləri ABŞ tərəfdaşları ilə birlikdə əməkdaşlığın gələcəkdə dərinləşməsi perspektivlərini nəzərdən keçiriblər və birgə bəyanat imzalayıblar.

Xəbər lenti

Xəbər lenti