...

İlham Əliyev Fransa Senatının enerji araşdırma qrupunun həmsədrini qəbul edib

Siyasət Materials 1 Oktyabr 2012 15:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi senatorlar xanım Delfin Batay, Kristof-Andre Frassa və Jan-Klod Leniordan ibarət nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Fransa Senatının enerji araşdırma qrupunun həmsədrini qəbul edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi senatorlar xanım Delfin Batay, Kristof-Andre Frassa və Jan-Klod Leniordan ibarət nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Fransa Senatının enerji araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə səfərinin Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı. Fransaya bu yaxınlarda səfər etdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bildirdi ki, Prezident Fransua Ollandla görüşü və səfər zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini qeyd edən dövlətimizin başçısı Fransa Senatı nümayəndələrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Nümayəndə heyətinin bütün üzvlərinin Fransa Senatının enerji araşdırma qrupunu təmsil etdiyini vurğulayan Ladislas Poniatovski ölkələrimiz arasında mövcud əlaqələrin bütün sahələrdə, xüsusilə enerji sektorunda daha da genişləndirilməsində maraqlı olduqlarını dedi. Ladislas Poniatovski Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Fransua Ollandla görüşən ilk prezidentlərdən biri olmasını xüsusi vurğuladı.

Xəbər lenti

Xəbər lenti