...

Azərbaycanda partiya rəhbəri Gülər Əhmədova ilə bağlı video ətrafında spekulasiya cəhdlərini pisləyir

Siyasət Materials 1 Oktyabr 2012 16:58 (UTC +04:00)
Vəhdət Partiyasının rəhbəri Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişdən bəhrələnmək istəyini pisləyir.
Azərbaycanda partiya rəhbəri Gülər Əhmədova ilə bağlı video ətrafında spekulasiya cəhdlərini pisləyir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Vəhdət Partiyasının rəhbəri Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişdən bəhrələnmək istəyini pisləyir.

"Birmənalı şəkildə müxalifət qüvvələrinin belə videodan bəhrələnmək istəyini, yəni kəmfürsətçilik istəyini pisləyirəm. Bu, siyasi cəhətdən, mənəvi cəhətdən düzgün bir məsələ deyil. Göründüyü kimi, müxalifət bu məsələdən bəhrələnmək istəyir", - Trend-ə partiya sədri Tahir Kərimli deyib.

O qeyd edib ki, Azərbaycan dövləti bu video ilə bağlı cinayət işi başladıb, siyasi cəhətdən də Yeni Azərbaycan Partiyasının rəhbərliyi öz bəyanatını verib.

"Bununla bağlı Yeni Azərbaycan Partiyası bəyanat verirsə, hakimiyyət bu işlə məşğul olursa, müxalifətin bunun ətrafında spekulasiya etməsi və yaxud bundan faydalanmaq cəhdi nəyə dəlalət edir? Nə üçün müxalifət ancaq Azərbaycanda baş verən hadisələrin arxasınca sürünür? Gah "Eurovision" olur, gah digər məsələlər. Hər dəfə də istəyirlər ki, bunlardan öz xeyirləri üçün istifadə etsinlər", - Kərimli deyib.

O bildirib ki, müxalifətin özünün təşkilati gücü yoxdur, ancaq təbliğat gücü var ki, qəzetlər, elektron vasitələrlə öz ideyalarını, sözlərini yaysınlar. "Demək istəyirəm ki, cəmiyyətdə ciddi hadisələr baş verib, verir də, ancaq bunun milli kontekstdə verilməsi daha məqsədəuyğundur, nəinki hansısa bir mənada bundan istifadə olunsun", - partiya sədri deyib.

O vurğulayıb ki, məsələ hər cəhətdən, həm hüquqi, həm də siyasi cəhətdən araşdırılır, müvafiq qiymət də veriləcək.

"Mən başa düşə bilmirəm ki, Azərbaycanda müxalifətçiliyin fəlsəfəsi ondan ibarətdir ki, ancaq elə xaricə informasiya ötürsün? Beynəlxalq təşkilatları məlumatlandırsın? Özləri o qədər vədlər verib yerinə yetirməyiblər ki. Sosial bazalarını itirdikdən sonra elə bil ki, bunlar ancaq təbliğat vasitəsinə çevriliblər. Bu kimi şeylərə yaxşı baxmıram", - Kərimli deyib.

Xəbər lenti

Xəbər lenti