...

ATƏT: Gürcüstanda demokratik seçkilər keçirilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Oktyabr 2012 15:48 (UTC +04:00)
Gürcüstan demokratik seçkilərin keçirilməsində mühüm addım atıb, lakin bir sıra əsas məsələlər qalmaqdadır.
ATƏT: Gürcüstanda demokratik seçkilər keçirilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Gürcüstan demokratik seçkilərin keçirilməsində mühüm addım atıb, lakin bir sıra əsas məsələlər qalmaqdadır. Trend-in məlumatına görə, ATƏT müşahidəçiləri belə hesab edir.

"Beynəlxalq müşahidəçilər seçkilərlə bağlı bəyanatlarında qeyd ediblər ki, Gürcüstandakı parlament seçkiləri demokratik seçkilərin keçirilməsində mühüm addımdır, lakin bir sıra əsas məsələlər həll olunmamış qalır", - ATƏT-in məlumatında deyilir.

Təşkilatın məlumatına görə, seçkilər kampaniya çərçivəsində vətəndaşların fəal iştirakı ilə rəqabət qabiliyyətli olub, seçki kampaniyasının özü isə, bir sıra zorakılıq halları ilə yanaşı, qütbləşmiş və gərgin olub.

"Kampaniya bir tərəfdən tez-tez vəzifə sahiblərinin üstünlüklərinə, digər tərəfdən konkret siyasi platformalar və proqramlara deyil, başqa şəxsi maliyyə aktivlərinə əsaslanırdı", - məlumatda deyilir.

ATƏT-in məlumatına görə, Gürcüstanda seçki kampaniyasının gedişində hər yerdə söz və toplantı azadlığına riayət olunurdu, lakin bəzi yerlərdə bu və ya digər partiyanın fəallarının və tərəfdarlarının izlənməsi və qorxudulması hallarına rast gəlinib. Bəyanatda deyilir ki, bu, seçki iştirakçıları arasında etimadsızlıq mühitinin yaranmasına gətirib çıxarırdı.

Xəbər lenti

Xəbər lenti