...

Ariel Koen: Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda bazar iqtisadiyyatı və demokratiyanın inkişafı üçün əsas ölkədir

Siyasət Materials 3 Oktyabr 2012 13:42 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda bazar iqtisadiyyatı və demokratiyanın inkişafı üçün əsas ölkədir və ABŞ bu ölkə ilə münasibətləri aktivləşdirməlidir.
Ariel Koen: Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda bazar iqtisadiyyatı və demokratiyanın inkişafı üçün əsas ölkədir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda bazar iqtisadiyyatı və demokratiyanın inkişafı üçün əsas ölkədir və ABŞ bu ölkə ilə münasibətləri aktivləşdirməlidir. Bunu çərşənbə günü Trend-ə müsahibəsində Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə "İrs" Fondunun aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen deyib.

"Düşünürəm ki, hər iki partiya - respublikaçılar və demokratlar Cənubi Qafqaz və Xəzər regionunda demokratiya, bazar iqtisadiyyatı və energetikanın inkişafında maraqlıdırlar və Azərbaycan bunun üçün başlıca ölkədir", - ekspert bildirib.

Koen qeyd edib ki, Azərbaycanın geosiyasi mövqeyi - şərq-qərb və şimal-cənub istiqamətlərinin kəsişməsində yerləşməsi çox vacib amildir.

"Energetika daxil olmaqla, Xəzər dənizi resurslarının inkişafı qeyri-sabit Yaxın Şərqin alternativi qismində çox əhəmiyyətlidir", - ekspert əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan özünün tolerantlığı ilə bir çox ölkələrdən seçilir ki, bu da başqa modeldir.

Xəzər regionunu Türkiyə və Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin bu yaxınlarda açılmasına toxunan Koen bu magistralın əhəmiyyətini vurğulayıb.

"Bu, vacibdir. Bu baxımdan Bakı və Qərbin münasibətlərinin gələcəkdə də inkişaf edəcəyinə ümidvaram", - o, deyib.

Avropa dəmiryol şəbəkəsinə birbaşa çıxışı olacaq BTQ üzrə ildə 30 milyon ton yük daşınacaq.

BTQ Asiyadan Avropaya konteyner, maye və digər yüklərin axınını artırmağa imkan verəcək. Paralel olaraq Bosfor boğazı altında tunelin tikintisi üzrə "Mərmərə" layihəsinin reallaşdırılması aparılır ki, bu da Avropaya birbaşa dəmiryol xəttinin açılmasına imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti