...

AŞ PA komitəsində siyasi məhbuslarla bağlı məruzəyə dəyişikliklər qəbul edilib

Siyasət Materials 3 Oktyabr 2012 18:37 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində Avropa Şurasına üzv olan dövlətlərə şamil ediləcək “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişikliklər müzakirə edilib.
AŞ PA komitəsində siyasi məhbuslarla bağlı məruzəyə dəyişikliklər qəbul edilib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində Avropa Şurasına üzv olan dövlətlərə şamil ediləcək "Siyasi məhbusların müəyyənləşdirilməsi" məruzəsinə əlavə və dəyişikliklər müzakirə edilib.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun Trend-ə verdiyi məlumata görə, əlavə və dəyişikliklərin qəbul edilməsi məruzəçi Ştrasserin məruzəsinin 3-cü bəndinin silinməsi ilə nəticələnib. Həmin bəndin əvəzlənməsində göstərilib ki, siyasi məhbusun istənilən meyarlarının şərhi və tətbiqi Avropa İnsan Haqları Konvensiyası və onun protokollarında nəzərdə tutulduğu kimi, əsas hüquq və azadlıqların pozulması hallarını dəyərləndirən yeganə orqan olan Avropa İnsan Haqları Məhkəməsinin müstəsna səlahiyyətidir.

"Bu, o deməkdir ki, məruzəçi cənab Ştrasserin 2 illik cızmaqara etdiyi məruzə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin təklif etdiyi dəyişikliklərlə nəhayət hüququn aliliyinə riayət edən sənədə çevrildi. Dəyişikliklər səs çoxluğu ilə qəbul edildi və AŞPA-nın plenar sessiyasına təsdiq üçün göndərildi", - Süleymanov deyib.

Xəbər lenti

Xəbər lenti