...

Elmar Məmmədyarov YUNESKO Baş konfransının prezidentini qəbul edib (FOTO)

Siyasət Materials 4 Oktyabr 2012 19:13 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov YUNESKO Baş konfransının prezidenti xanım Boqyay Katalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov YUNESKO Baş konfransının prezidentini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov YUNESKO Baş konfransının prezidenti xanım Boqyay Katalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Nazir Elmar Məmmədyarov Azərbaycan-YUNESKO arasında qurulmuş və sürətlə inkişaf edən əməkdaşlıqdan danışıb və bu əməkdaşlıqdan məmnunluq ifadə edib. Həmçinin nazir Elmar Məmmədyarov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi mədəniyyət, təhsil və elm sahələrində gördüyü işlər, həyata keçirdiyi uğurlu layihələr haqqında qonaqlara məlumat verib.

Azərbaycandakı tolerantlığın dünya ölkələri üçün nümunə ola biləcəyindən danısan Məmmədyarov ölkəmizdə müxtəlif dinləri təmsil edən insanların sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb.

Xanım Boqyay Katalin da öz növbəsində Azərbaycanla təmsil etdiyi təşkilat arasında olan əməkdaşlıqdan bəhs edib və əməkdaşlığın səviyyəsindən razılıq ifadə edib. Eyni zamanda, xanım Katalin Azərbaycanın təşkilatın olduqca aktiv və fəaliyyəti ilə seçilən üzvü olduğunu vurğulayıb.

Görüş zamanı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti