...

Rafael Hüseynov: Ramil Səfərov işi birbaşa Ermənistanın Azərbaycana hərbi müdaxiləsi, işğal faktı ilə bağlı məsələdir

Siyasət Materials 5 Oktyabr 2012 02:11 (UTC +04:00)
Ramil Səfərov hadisəsi birbaşa Ermənistanın Azərbaycana hərbi müdaxiləsi, işğal faktı ilə bağlı məsələdir və heç vaxt bunları bir-birindən ayıraraq müzakirə etmək olmaz.
Rafael Hüseynov: Ramil Səfərov işi birbaşa Ermənistanın Azərbaycana hərbi müdaxiləsi, işğal faktı ilə bağlı məsələdir

Fransa, Strasburq, 5 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Ramil Səfərov hadisəsi birbaşa Ermənistanın Azərbaycana hərbi müdaxiləsi, işğal faktı ilə bağlı məsələdir və heç vaxt bunları bir-birindən ayıraraq müzakirə etmək olmaz. Trend-in məlumatına görə bu fikirləri AŞ PA-nın payız sessiyasının dördüncü iş günündə qurumda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov "Ramil Səfərov İşi" ətrafında aparılan müzakirələr zamanı çıxışında deyib.

"Narahatlıq hissi olmayanda bəzən yüz minlərlə, milyonlarla insan əziyyət çəkir. Açığı, son illər məndə belə bir bədbin qənaət yaranmağa başlayırdı ki, bir çoxlarında, o cümlədən Avropa Şurasında narahatlıq hissi yox olmağa başlamışdır. Çünki 20 ildən artıqdır ki, davam edən Dağlıq Qarabağ, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi məsələsi, 1 milyona yaxın insanın qaçqın, məcburi köçkün həyatı yaşaması, münaqişənin həll edilməməsi bunların sanki daha böyük beynəlxalq təşkilatlarda narahatlıq doğurmaması təsəvvürünü yaradırdı. Lakin son dövrlərdə həm Avropa Şurası Baş Katibinin, Avropa Şurası Parlament Assambleyası sədrinin, həm də bir sıra başqa beynəlxalq təşkilatların Azərbaycanın 1 miyona yaxın qaçqınlarından biri, Azərbaycan Ordusunun zabiti, Macarıstanda məhkum edilmiş, 9 ilə yaxın həbs çəkdikdən sonra Azərbaycana ekstradisya edilmiş və Bakıda əfv olunaraq azadlığı buraxılmış Ramil Səfərovla bağlı narahatlıqlarını ifadə edən bəyanatları həm sevindirir, həm təəccübləndirir, həm də insanı çox dərin düşündürür. Sevindirir ona görə ki, belə bəyanatları verənlər həm də bildirmiş olurlar ki, sən demə onlarda narahatlıq duyğusu itməyibmiş, lazım olanda üzə çıxa bilirmiş. Təəccübləndirir ona görə ki, Ramil Səfəroun azadlığa buraxılması bütünlüklə beynəlxalq hüquq normaları və qanun çərçivəsində olsa da, niyə belə tələsik bəyanatlar verilir. Dərin düşüncələrsə ona görə yaranır ki, niyə Avropa Şurası, digər beynəlxalq təşkilatlar illərdir Azərbaycan ərazilərinin işğalı, 1 milyon insanın qaçqın həyatı yaşaması kimi ağır humanitar faciəyə belə həssas, narahat, canıyanan reaksiya vermirlər. Bəlkə də belə təəssübkeş, təlaşlı münasibət olsaydı həmin problem də çoxdan həllini tapmış olardı. Ramil Səfərov hadisəsi birbaşa Ermənistanın Azərbaycana hərbi müdaxiləsi, işğal faktı ilə bağlı məsələdir və heç vaxt bunları bir-birindən ayıraraq müzakirə etmək olmaz. Çünki Ramil Səfərov əslən bu gün Ermənistanın işğalı altında olan Cəbrayıl rayonundandır. Onun bütün nəsli, qohumları, ailəsi məcburi küçkündür. Ramil Səfərovun 15 nəfərdən çox qohumunu erməni yaraqlıları bu işğal zamanı həlak ediblər. Zabit Səfərovla erməni həmkarı arsında münaqişə də mülki şəraitdə deyil, hərbi təlimlər keçərkən baş verib. Həm də bəzən bilməyənlərin, real gedişatdan xəbəri olmayanların uydurduğu kimi erməni zabitinin guya yatdığı zaman baş verməyib. Macarıstan məhkəməsindəki istintaq materialları göstərir ki, erməni zabiti Azərbyacan zabitini dəfələrlə milli və siysi zəmində təhqir edib və yenə istintaq materiallarından bəlli oduğu kimi bu hadisə gərgin emosiınal vəziyyətdə, hər iki gəncin üz-üzə olduğu şəraitdə baş verib. Əlbəttə faciədir və heç kəs belə hadisəni təqdir etmir, etməz də. Lakin qətlə yetirilən də, Ramil Səfərov özü də - hər ikisi qurbandır. Ermənistanın Azərbaycana təzvüzünü təşkil etmiş, milyonların faciəsinə bais olmuş və bu konfliktin bitməsinə imkan verməyənlərin yaratdığı məkrin qurbanları. Yatanlar, qəflət yuxusundan heç cürə ayılmaq istəməyənlər isə düşmənçiliyi daha da dərinləşdirmək istəyənlər, Ermənistan dövləti, Ermənistan parlamenti səviyyəsində bu gün Azərbycan diplomatlarına qarşı açıq şəkildə terror kompaniyasına rəvac verənlədir", - Hüseynov qeyd edib.

Millət vəkili avroparlamentarilərin diqqətini ASALA terror təşkilatı tərəfindən törədilən terror aktlarına yönəldib.

"Fransız, alman deputatların azərbaycanlı zabit Səfərovun azad edilməsinin əleyhinə olan, guya onun qəhrəman kinmi təqdim etməsini qınayan fikirləri səsləndi. Gəlin tarixə baxaq və mənim suallarım var. Türkiyə dövlət xadimi Tələt Paşanı Berlində həlak edən erməni qatili Soqomon Tehliryanı necə oldu ki, Almaniya məhkəməsi azad etdi? Yaxud ASALA terror təşkilatından olan iki canini - Parisdə, Orli hava aeroportunda partlayış törədərək neçə-neçə insanı öldürmüş və ömürlük həbs cəzasına məhkum edilmiş Varujan Karapetyanı, Türkiyəli diplomatları qətlə yetirmiş terrorçu Monte Melkonyanı nədən Fransa hökuməti Ermənistana təhvil verdi? Həmin terrorçuları isə Ermənistan dövləti rəsmən milli qəhrəmanlar elan etdi", - azərbaycanlı deputat bəyan edib.

Hüseynov xüsusi qeyd edib ki, Azərbaycan Prezidenti uzun illər həbsdə qalmış Ramil Səfərovu əfv etməklə tamamilə haqlıdır və bu addımı ilə əslində 1 milyon Azərbaycan qaçqını və məcburi köçkünün iradəsini ifadə edib.

"Azərbaycan Prezidenti uzun illər həbsdə qalmış Ramil Səfərovu əfv etməklə tamamilə haqlıdır və bu addımı ilə əslində 1 milyon Azərbaycan qaçqını və məcburi köçkünün iradəsini ifadə edib, bu qərarı ilə cəmiyyətdəki gərginliyi müəyyən qədər azaldıb. Məgər Avropa Şurası istəmir ki, Azərbaycan və Ermənistan arsında gərginlik azalsın, tərəflər bir-birinə daha anlayılı yanaşsınlar? İndi Səfərovla bağlı məsələ artıq tarixə çevriləndən sonra onu yenidən qurdalayanlar mahiyyətcə Ermənistan və Azərbaycanı istəməyən, bu münaqişənin daha da qızışmasında maraqlı olan qüvvələrdir. Kimlərsə özləri hiss etmədən sadəlövhlükdən bu prosesə qoşulursa, ayılmalı, nəticə çıxarmalıdır. Avropa Şurası bu gün, həm sabah ilk növbədə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını əks etdirildiyi 1416 saylı qətnamənin niyə yerinə yuetirilməməsindən narahat olmalı, bununla bağlı yaradılmış yardımçı kömitənin fəaliyyətlərini güclıəndirmək bardədə düşünməlidir", - Hüseynov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti