...

Xarici işlər naziri İSESKO-nun baş direktoru ilə görüşüb

Siyasət Materials 5 Oktyabr 2012 16:28 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Azərbaycan və İSESKO arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu qeyd edib və dövlətimizin təşkilatla münasibətlərə verdiyi önəmi qeyd edib.
Xarici işlər naziri İSESKO-nun baş direktoru ilə görüşüb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Xarici işlər naziri Elmar Məmmədyarov İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Azərbaycan və İSESKO arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu qeyd edib və dövlətimizin təşkilatla münasibətlərə verdiyi önəmi qeyd edib.

İSESKO-nun baş direktoru Azərbaycana səfərindən məmnunluğunu və 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etdiyini diqqətə çatdırıb.

Forumun mədəniyyətlərarası dialoq və qlobal humanitar məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyətini qeyd edib. Azərbaycanın mədəniyyətlər arasında dialoqun aparılması üçün uğurlu ölkə olduğunu vurğulayıb və ölkəmizin bu istiqamətdə göstərdiyi fəaliyyətə görə öz təşəkürünü bildirib.

Görüşdə həmçinin gələn il Bakı şəhərində Azərbaycan hökuməti, BMT və İSESKO-nun birgə təşkilatçılığı ilə terrorçuluğa qarşı mübarizəyə həsr olunacaq beynəlxalq konfrans ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti