...

Gürcüstan MSK parlament seçkilərinin ilkin tam nəticələrini açıqlayıb

Siyasət Materials 5 Oktyabr 2012 17:10 (UTC +04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) indiyədək bütün 3 766 seçki məntəqəsindən alınan məlumatları hesablayıb
Gürcüstan MSK parlament seçkilərinin ilkin tam nəticələrini açıqlayıb

Gürcüstan, Tbilisi, 5 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) indiyədək bütün 3 766 seçki məntəqəsindən alınan məlumatları hesablayıb.

Trend-in məlumatına görə, ilkin məlumata əsasən, Bidzina İvanişvilinin lideri olduğu müxalif "Gürcü arzusu" koalisiyası 54,85 faizlə (1 184 612 səs) seçkilərin qalibi olub.

İkinci yerdə 40,343 faizlə (873 220 səs) hakim Vahid Milli Hərəkat Partiyası qərarlaşıb.

Sonrakı yerləri müvafiq olaraq, Giorgi Tarqamadzenin Xristian-Demokratik Hərəkatı (2,05 faiz - 44 260 səs) və Şalva Natelaşvilinin Gürcüstan Leyborist Partiyası (1,24 faiz - 26 764 səs) tutur.

Xəbər lenti

Xəbər lenti