...

Azərbaycan Avropa Şurasının beynəlxalq forumunda təmsil olunub (FOTO)

Siyasət Materials 9 Oktyabr 2012 12:37 (UTC +04:00)
Fransanın Strasburq şəhərində oktyabrın 5-11-də Avropa Şurasının "Demokratiya: Köhnə modellər və yeni reallıqlar" beynəlxalq forumunda Azərbaycan haqqında geniş məlumat verilib.
Azərbaycan Avropa Şurasının beynəlxalq forumunda təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Fransanın Strasburq şəhərində oktyabrın 5-11-də Avropa Şurasının "Demokratiya: Köhnə modellər və yeni reallıqlar" beynəlxalq forumunda Azərbaycan haqqında geniş məlumat verilib.

Dünya Azərbaycanlı Gənclər Birliyindən (DAGB) Trend-ə verilən məlumata görə, demokratiya mövzusuna həsr olunmuş beynəlxalq forum çərçivəsində təşkil olunan Gənclər Assambleyasının "Demokratiya və Qloballaşma" qrupunda DAGB-nin üzvü Fuad Məmmədov Azərbaycan prezentasiyası ilə çıxış edib.

Prezentasiyada qlobal təhlükəsizliyin əhəmiyyəti vurğulanıb, həll olunmayan konfliktlərin tezliklə həll olunmasının Avropa məkanında demokratiyanın daha da sürətlə inkişaf etməsinə təkan verəcəyi qeyd olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verən Məmmədov beynəlxalq qətnamələrə baxmayaraq, Azərbaycan torpaqlarının hələ də 20 faizinin işğal altında olması, bir milyon qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşməsi faktorlarını Qafqaz regionunda demokratiyanın sürətli inkişafına başlıca maneələrindən biri kimi iştirakçıların diqqətinə çatdırıb.

Forumda bir sıra yüksəksəviyyəli siyasətçilər, ictimai xadimlər, beynəlxalq əlaqələr üzrə ekspertlər, Nobel mükafatçıları və beynəlxalq media mənsubları iştirak edirlər.

Forumda BMT-nin baş katibi Pan Gi Mun məruzə ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti