Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Uqo Rafael Çaves Friasa təbrik məktubu ünvanlayıb.
"Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Venesuela arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Uqo Çavesə möhkəm cansağlığı, xoşbəxtlik, dost Venesuela xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.