Gürcüstan, Tbilisi, 10 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd Mayya Pancikidze Azərbaycan mətbuatının Baş nazir olacaq Bidzina İvanişvilinin ABŞ-dan sonra Bakıya səfər edəcəyi barədə yaydığı məlumatı təsdiq etməyib.
Trend-in məlumatına görə, Pancikidze jurnalistlərə deyib ki, bu barədə heç kəsə məlumat verməyiblər.
Azərbaycan KİV İvanişvilinin Bakıya səfər edəcəyi barədə məlumatı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeyə istinadən yayıblar.
"Şəxsən mən Şaraşenidze ilə əlaqə saxlamamışam", - o qeyd edib.