...

BMT Baş Assambleyasında Azərbaycan haqqında məruzə edilib

Siyasət Materials 11 Oktyabr 2012 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) nümayəndə heyəti BMT Baş Assambleyasının III Komitəsində iştirak etmək üçün Nyu-York şəhərinə səfərdədir. Səfər oktyabrın 8-dən 20-dək olacaq.

DAGB-dən Trend-ə verilən məlumata görə, DAGB-nin üzvü, Amerikanın George Mason Universitetinin məzunu və Amerikanın Azərbaycanlı Gəncləri Təşkilatının sədri Elçin Abdullayev BMT-nin Baş Assambleyasının III Komitəsində "Sosial inkişaf" mövzusunda məruzə ilə çıxış edib.

Abdullayev çıxışında BMT-nin Millenium İnkişaf Məqsədləri üzrə dünya ölkələrində aparılan işlərdən və digər problemlərdən danışıb. O, həmçinin Azərbaycandakı gənclər siyasəti və Azərbaycan Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Gənclər Fondu, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsisi və fəaliyyəti haqqında məlumat verib. Abdullayev, həmçinin 2011-2015-ci illər üçün gənclər proqramı və bu proqramın qəbul edilməsində gənclərin yaxından iştirakını vurğulayıb.

III Komitədə hər il olduğu kimi, bir çox ölkələrdən olan gənclər nümayəndə heyətləri gənclərlə bağlı problemləri işıqlandırır və öz ölkələrində olan gənclər siyasəti haqqında məruzə ilə çıxış edirlər. III Komitədə əsas mövzular arasında sosial inkişaf, qadın, uşaq haqları, qaçqın və məcburi köçkün və s. bu kimi mövzular yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti