...

Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin möhkəm əsası var – səfir

Siyasət Materials 15 Oktyabr 2012 17:40 (UTC +04:00)
Türkmənistan ilə Azərbaycan arasında dost münasibətlər və çoxtərəfli əməkdaşlıq özündə iki xalqın çoxəsrlik milli ənənələrinin möhkəm əsasını, dərin tarixi və mədəni köklərini birləşdirir.
Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin möhkəm əsası var – səfir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir V.Javoronkova/

Türkmənistan ilə Azərbaycan arasında dost münasibətlər və çoxtərəfli əməkdaşlıq özündə iki xalqın çoxəsrlik milli ənənələrinin möhkəm əsasını, dərin tarixi və mədəni köklərini birləşdirir. Trend-in məlumatına görə, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Bakıda çıxışı zamanı bildirib.

"Türmənistan-Azərbaycan münasibətlərinin inkişafının bugünkü dövrünün başında iki dövlətin liderləri - Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Azərbaycan Prezidenti İlham Əliyev durur", - Komekov Azərbaycan Diplomatik Akademiyasında "Türmənistan Günü" tədbirində çıxışı zamanı bildirib.

Səfirin sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafının istiqamətlərindən birini humanitar sahədə sıx əməkdaşlıq, habelə Azərbaycan Diplomatik Akademiyası və Türkmənistanın Azərbaycandakı səfirliyi arasında məhsuldar dialoq təşkil edir.

"Türkmənistanın müstəqilliyinin 21-ci ildönümü ərəfəsində belə irimiqyaslı tədbir Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, təcrübəli diplomat, müxtəlif ölkələrdə Türkmənistanın səfiri olmuş, diplomatik xidmətdə 40 ildən çox iş təcrübəsi olan Sapar Berdıniyazovun, Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun tədris hissəsinin müdiri C.Qurbanqeldiyevin, çoxsaylı qonaqların və tələbələrin, həmçinin milli türkmən musiqisinin ifası üçün Türkmənistandan xüsusi olaraq gəlmiş mədəniyyət xadimlərinin iştirakı ilə keçirilir", - o deyib.

Komekov inkişafa və iki qardaş ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə əvəzsiz töhfə üçün ADA rəhbərliyinə minnətdarlığını ifadə edib.

"Bu gün biz inamla deyə bilərik ki, bizim tərəfimizdən düzgün seçilmiş yolla - Türkmənistan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və inkişafı yolu ilə hərəkət edirik", - səfir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti