...

İlham Əliyevin Tacikistan və Pakistan prezidentləri ilə görüşü olub (FOTO)

Siyasət Materials 16 Oktyabr 2012 18:05 (UTC +04:00)
Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun görüşü olub.
İlham Əliyevin Tacikistan və Pakistan prezidentləri ilə görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun görüşü olub.

Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Zirvə Toplantısının əhəmiyyəti qeyd edildi, bu sammitin təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Azərbaycanın və Tacikistanın dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından razılıq ifadə etdilər.

Görüşdə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin güclənməsində rolu qeyd olundu, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin görüşü olub.

Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII Zirvə Toplantısının region ölkələri arasında əməkdaşlığın bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik bildirildi.

İkitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi və bu istiqamətdə birgə fəaliyyətin zəruriliyi vurğulandı.

Bir sıra sahələrdə birgə layihələrin həyata keçirilməsinin vacibliyinin vurğulandığı görüşdə kənd təsərrüfatı və bank sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olundu. İkitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti