...

Suriya Qurban bayramı günlərində atəşi dayandırmaq təklifi barədə düşünür

Siyasət Materials 24 Oktyabr 2012 16:51 (UTC +04:00)
Suriya BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Qurban bayramı günlərində (İd əl-Adha) atəşi dayandırmaq təklifini dəyərləndirir.
Suriya Qurban bayramı günlərində atəşi dayandırmaq təklifi barədə düşünür

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Qurban bayramı günlərində (İd əl-Adha) atəşi dayandırmaq təklifini dəyərləndirir. Trend-in Suriya televiziyasına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü ölkənin xarici işlər nazirinin rəsmi nümayəndəsi Cihad əl-Makdisi deyib.

Əl-Makdisinin sözlərinə görə, Dəməşq yekun cavabını oktyabrın 25-də verəcək.

Qeyd edək ki, bunadək BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Laxdar Brahimi Suriya hakimiyyətinin ölkədə Qurban bayramı günlərində atəşi dayandırmağa razılıq verdiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti