Birinci xanım Mehriban Əliyeva: Bu gün Azərbaycan dünya xəritəsində layiqli yerini tutub və sürətlə inkişaf edir (FOTO)

Birinci xanım Mehriban Əliyeva: Bu gün Azərbaycan dünya xəritəsində layiqli yerini tutub və sürətlə inkişaf edir (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Oktyabrın 27-də Parisin məşhur "Salle Pleyel" sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

AzərTAc Dövlət İnformasiya Agentliyinin yaydığı məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.

Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva mərasimdə çıxış edərək 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin keçdiyi inkişaf yolundan danışdı.

"Bu gün Azərbaycan dünya xəritəsində layiqli yerini tutub və sürətlə inkişaf edir", - deyən Heydər Əliyev Fondunun prezidenti müstəqillik illərində Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin inkişaf etdiyini bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mehriban xanım Əliyeva münaqişənin həllinin Azərbaycan-Fransa gündəliyində üstünlük təşkil etdiyini vurğuladı. Bildirdi ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də sürətlə inkişaf edir. Qarşılıqlı ticarət dövriyyəsi 4 milyard avroya yaxınlaşıb və bu gün Azərbaycanda 30-dan çox fransız şirkəti fəaliyyət göstərir.

Azərbaycanın birinci xanımı ölkələrimiz arasında inkişaf edən mədəni-humanitar əməkdaşlığın da uğurlu olduğunu dedi. Mehriban xanım Əliyeva ümidvar olduğunu bildirdi ki, Azərbaycan-Fransa əlaqələri gələcəkdə də uğurla inkişaf edəcəkdir.

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz DÜPON mərasimdə çıxış edərək bildirdi ki, ölkələrimizin ikitərəfli əlaqələri 20 ildə böyük inkişaf yolu keçmişdir. Ambruaz Düpon Prezident İlham Əliyevin Fransaya səfərlərinin ölkələrimizin münasibətlərində yeni səhifə açdığını söylədi. Hazırda Fransa-Qafqaz dostluq qrupuna 30 senatorun daxil olduğunu deyən Düpon Mehriban xanım Əliyevanın Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi mühüm fəaliyyət göstərdiyini vurğuladı.

Ambruaz Düpon Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töhfələrin də yüksək qiymətləndirildiyini bildirdi.

Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini ifa etmişlər.
Konsertdə Fransanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın xarici siyasət kursunda Avropaya inteqrasiya prioritet istiqamətdir. Bu proses 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə sistemli xarakter almışdır. Həmin dövrdən etibarən Avropanın aparıcı dövlətlərindən olan Fransa ilə əlaqələr genişləndirilmişdir. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev xaricə ilk səfərlərini məhz Fransaya etmişlər. Bu səfərlər ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirməyə geniş imkanlar açmışdır.

Bu gün Azərbaycan-Fransa münasibətləri mədəniyyət sahəsində də xüsusi çəkisi ilə diqqəti cəlb edir. Bu sahədə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi xidmətləri vardır. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransada təşkil edilən mərasimlər Azərbaycanın bu ölkədə daha yaxşı tanıdılmasına, mədəniyyətimizin təbliğinə xidmət edir. Bu prosesi mənalandıran ən mühüm cəhətlərdən biri də mədəniyyət tədbirlərinin təkcə paytaxt Parislə məhdudlaşmamasıdır. Heydər Əliyev Fondunun yeni layihəsinə əsasən Fransanın 10 şəhərində Azərbaycan mədəniyyətinin təbliğinə dair xüsusi mərasimlər keçirilir. Budəfəki tədbirdə də 20 ildən çoxdur dünyada sürətli inkişafı ilə öyünən ölkəmizin uğurlarının mədəniyyətin, musiqinin, bir sözlə, hər kəsin başa düşdüyü dildə təqdim edilməsi heç də təsadüfi deyildir. Çünki bu təcrübə Azərbaycanın timsalında dəfələrlə uğurla sınaqdan çıxarılmışdır. Mədəniyyətlərarası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini cəlb edir. Janr müxtəlifliyinin, sintez harmoniyasının, zəngin improvizasiyaların olduğu bu konsert Parisdə əsl hadisəyə çevrilməklə diqqəti nadir inciləri ilə öyünən Azərbaycana yönəltdi. Mədəniyyətimizin təntənəsinə, ölkəmizin tanınmasına və əlbəttə ki, xalqımızın yaratdığı nadir sənət nümunələrinin təbliğinə çevrildi.

Konsert Paris ictimaiyyətində ölkəmiz haqqında informasiya bolluğu yaratmaq baxımından da mühüm əhəmiyyətə malikdir. Bu missiyanı isə öz uğurlu layihələri ilə Azərbaycanın ictimai-mədəni həyatında yetərincə mühüm rol oynayan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva uğurla həyata keçirir. Bu gecədən təəssüratlar kifayət qədər zəngin oldu. Bu, özünəməxsus koloriti ilə diqqət çəkən Azərbaycan mədəniyyətinə ehtiramın nümunəsinə, həm də fransız tamaşaçısında heç vaxt unudulmayacaq əbədi xatirəyə çevrildi. Bu xatirənin təməlində isə Azərbaycan və onun zəngin mədəniyyəti dayandı.

Foto - AzərTAc

“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib
Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib
Bakıda "Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)
Bakıda "Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)
Loading Bars
Xəbər lenti
DİM kollecə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
İnternet üzərindən satış edirsiniz, lakin nağdsız ödəniş qəbul etmək üçün POS terminal, vebsayt və ya mobil əlavəniz yoxdur?
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub
Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir
Tovuzda növbəti erməni təxribatı ilə bağlı cinayət işi başlandı
Azərbaycanda qızıl bahalaşıb
Azərbaycana silahlı müdaxilə Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq - Gürcüstan deputatı
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət (FOTOREPORTAJ)
Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir?
Şəhid çavuşun cənazəsi yaşadığı evə gətirilir (FOTO)
“WhatsApp”da yeni funksiya işə salınacaq
Bakı Yunus Əmrə İnstitutu Bakı Türk Anadolu Liseyi şagirdlərinə dəstək olub (FOTO)
Neftçalada 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib
Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib (FOTO)
Mətbuat Şurası müraciət yayıb
Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək - Rəsmi
Altıağacda bıçaqlanma olub (FOTO)
Ali təhsil dövrü staj kimi qəbul edilir - Nazirlik
Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı
Politoloq: Cəbhədə düşmənin istənilən təxribatının qarşısını ordumuz layiqincə alır
EY Azərbaycan şirkəti 2020-2021 illər üçün növbəti “EY İlin İş Adamı™” müsabiqəsinə start verdi
Sabah 28 dərəcəyədək isti olacaq
DSMF qadınların pensiya təyinatı barədə qaydaları açıqladı
ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər (FOTO)
"Ali təhsil haqqında" qanun layihəsi hazırlanır (FOTO)
Deputat: Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir
PAŞA Bank sayt etibarlılığı üzrə mühəndis axtarır
Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var (FOTO)
BNA: Bakıda qanunsuz parklanmalara qarşı tədbirlər davam edir
DSMF: Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq
Bakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü
ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların həmsədrlərin himayəsi altında bərpasına çağırır - Pompeo
Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Gürcüstanda 193 yeni yoluxma qeydə alınıb
XİN: Düşmənin sərhəddə törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın rəhbərliyi daşıyır
Astara sakini 1 kiloqram heroinlə ələ keçdi (FOTO/VİDEO)
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - RƏSMİ AÇIQLAMA
“Funda” tibb mərkəzində vergi nəzarəti keçirilib, materiallar məhkəməyə göndərilib
Bakıda restoranda yanğın (FOTO)
Səbail rayonunda yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
Sabirabadda yeni doğulmuş körpə ölüb
Mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların sayı açıqlanıb
Deputat: Azərbaycan Ermənistanın təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil
Çexiyanın Səhiyyə naziri koronavirusa görə istefa verib
AQTA quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq etdi
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Deputat: Ermənistan öz çirkin və təxribatçı əməllərindən çəkinməsə onun üçün nəticələr ağır olacaq
Sahibkarlar üçün sərfəli şərtlərlə, tamamilə onlayn biznes krediti. Növbəsiz və girovsuz! (VİDEO)
Mebel salonunda bağbanı cərəyan vurub öldürdü
Alkoqol və tütün Alzheimer xəstələri üçün risklidir
Deputat: Məscidləri dağıdan ölkə müsəlmanların dostu ola bilməz
Müdafiə Nazirliyi bəyanat yaydı: Şəhid var
MasterCard Priceless platformasında müştərilər üçün daha çox endirim!
Azərbaycanda könüllülərlə bağlı yenilik: Qanuna dəyişiklik edilir
Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb
Deputatların könüllü komandası olacaq
Ermənistanda koronavirusdan ölənlərin sayı 936 nəfərə çatıb
Türkiyədə Azərbaycan kapitalı ilə 70-dən çox şirkət qeydiyyata alınıb
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir (FOTO)
Şamaxıda qanunsuz ov edənlər cərimələndi
Sabirabadda 34 yaşlı kişi qaynı tərəfindən güllələndi
“AccessBank” bankomat alışı üzrə tender elan edir
XİN: Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır
Tac-Mahal ziyarətçilər üçün açılıb
Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır
Azərbaycan koronavirusa qarşı vaksinin gətirilməsi ilə bağlı saziş imzalayıb
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır
Müəllimlərin informasiya bacarığının artırılması üzərində işləyirik - Şöbə müdiri
Qida Təhlükəsizliyi İnformasiya Sisteminin yeni modulları istifadəyə verilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb
Prokurorluq bacısını öldürən şəxslə bağlı məlumat yaydı
Milli Məclisin Gənclər və idman komitəsi geniş hesabat verəcək
Şəkidə yeni qədim abidə aşkar edilib (FOTO)
Bakıda bacısını öldürən şəxs polisə təslim olub
Ermənistan atəşkəsi 30 dəfə pozub
Rəşad Tağıyev: Müstəqil Azərbaycanın dayanıqlı inkişafı naminə təhsil islahatları ildən-ilə dərinləşdirilir
Sahil Kərimli: Müstəqilliyi, təhlükəsizliyi və rifahı təmin edən yeni neft-qaz strategiyası
Deputatlar bu gün onlayn iclas keçirəcək
Qazaxıstanda koronavirusa daha 45 nəfər yoluxub
Çində silahlı şəxs insanlara hücum edib, yaralananlar var
İsraildə koronavirusa yoluxanların sayı 187 min nəfəri ötdü
Hindistanda yaşayış evi uçub, ölənlər var
ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötüb
Texasda təyyarə qəzaya uğrayıb, ölənlər var
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
Filippin sahillərində güclü zəlzələ olub
Kolumbiyada naməlum şəxslər 5 nəfəri qətlə yetirib
Moskvanın hava limanlarında 18 aviareys ləğv edilib və ya təxirə salınıb
Trampı zəhərləmək istəyən şəxs Kanada-ABŞ sərhədində saxlanılıb
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Özbəkistanda koronavirusa yoluxanların sayı 51 min nəfəri ötüb
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib (FOTO)
SECO: İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər
Türkiyə 5,1 bal gücündə zəlzələ baş verib
İranda koronavirusun üçüncü dalğasının başladığı elan edilib
Bağdadın hava limanının yerləşdiyi rayon raket hücumuna məruz qalıb
Bütün xəbərlər