Prezident İlham Əliyev: Bütövlükdə Azərbaycanın səhiyyə sistemində köklü dəyişikliklər, islahatlar aparılır (FOTO)

Prezident İlham Əliyev: Bütövlükdə Azərbaycanın səhiyyə sistemində köklü dəyişikliklər, islahatlar aparılır (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Oktyabrın 27-də Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olmuşdur.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılmışdır. Xəstəxana üç korpusdan ibarətdir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulmuş, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılmışdır. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün generator qoyulmuşdur.

Xəstəxananın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır.

Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılmışdır. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilmişdir. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım, infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur. Xəstəxanada fəaliyyət göstərən ekspress və klinik laboratoriyalar ən müasir avadanlıqla təchiz edilmişdir.

Bildirildi ki, burada yaradılan şərait nəinki Saatlı sakinləri, eləcə də digər rayonların əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Xəstəxananın bütün şöbələri tibb sahəsində məşhur şirkətlərin istehsalı olan ən son elmi-texniki tərəqqiyə əsaslanan və dünyanın aparıcı ölkələrində istifadə edilən avadanlıqla təchiz olunmuşdur. Hər bir şöbənin ayrıca intensiv palatası vardır.

Qeyd olundu ki, xəstəxananın poliklinika şöbəsi də müasir tələblər səviyyəsindədir. Burada klinik və bakterioloji laboratoriyalar, dermatoloq, nevropatoloq, elektrokardioqrafiya, ftiziatr, ultrasəslə müayinə, kardioloq, oftalmoloq, stomatoloq, fizioterapiya və digər həkim otaqları vardır.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

"Mən sizi ürəkdən təbrik edirəm. Biz bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışını qeyd edirik. Gözəl, əlamətdar hadisədir. İndi mən xəstəxana ilə tanış olarkən bir daha gördüm ki, doğrudan da bütün işlər yüksək səviyyədə görülmüşdür.
İki il bundan əvvəl mənim Sərəncamımla xəstəxananın təmir işləri başlamışdır. Buna böyük ehtiyac var idi. Çünki siz yaxşı bilirsiniz ki, burada vəziyyət o qədər də yaxşı deyildi. Şadam ki, qısa müddət ərzində yüksək səviyyəli təmir işləri aparılmışdır. Hazırda bütün lazımi avadanlıqlar var, şərait gözəldir. İndi bu xəstəxana ən yüksək standartlara cavab verir. Bu da təbiidir, çünki Azərbaycanda görülən bütün işlər yüksək standartlara cavab verməlidir. Biz səhiyyə sisteminin təkmilləşdirilməsi işində bu məsələyə xüsusi önəm veririk. Burada cərrahiyyə, doğum, terapiya, reanimasiya şöbələri - yəni bütün lazımi şərait vardır. Həkimlər üçün də gözəl iş şəraiti yaradılıbdır. Əlbəttə, xəstələrə yaxşı tibbi xidmət göstərilməlidir" İlham Əliyev deyib.

Prezident bildirib ki, bütövlükdə Azərbaycanda səhiyyə sistemində köklü dəyişikliklər, islahatlar aparılır.

"Bu islahatlar faktiki olaraq yeni vəziyyətə gətirib çıxarmışdır. Çünki həm Bakıda, həm bölgələrdə yeni, müasir tibb ocaqları yaradılır. Əvvəlki illərdə tikilmiş xəstəxanalar əsaslı şəkildə təmir edilir və yeni xəstəxanalar tikilməkdədir.
Demək olar ki, son iki il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində biz mütləq xəstəxana açılışını da qeyd edirik. Artıq əksər rayon mərkəzlərində müasir səviyyəyə cavab verən xəstəxanalar vardır. Əminəm ki, bir-iki il ərzində qalan yerlərdə də təmir-tikinti işləri tamamlanacaq və beləliklə, hər bir rayon mərkəzində ən yüksək standartlara cavab verən xəstəxanalar yaranacaqdır. Bu, bizim siyasətimizdir.
Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial məsələlərin içində səhiyyə xidməti xüsusi yer tutur. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti bütün lazımi tədbirləri görür və bu məsələyə kompleks şəkildə yanaşır. Saatlı rayonunda Olimpiya İdman Mərkəzi tikilməkdədir və bu da əlbəttə ki, insanların sağlamlığına xidmət edən məsələdir.
Saatlıda içməli su, kanalizasiya layihələri icra edilir. Əvvəlki dövrdə modul tipli təmizləyici qurğuların fəaliyyəti nəticəsində bir çox kəndlərdə su təchizatı böyük dərəcədə yaxşılaşdırılmışdır. Hazırda Saatlının kompleks su təchizatı və kanalizasiya məsələləri həllini tapmaqdadır. Ümid edirəm ki, bir il, il yarım ərzində bu böyük layihə də başa çatacaq, beləliklə, insan sağlamlığı üçün ən vacib məsələlərdən biri olan təmiz içməli su təchizatı da həllini tapacaqdır" dövlət başçısı nitqində deyib.

Prezidentin sözlərinə görə, ölkəmizdə sosialyönümlü digər tədbirlər də geniş vüsət almışdır.

"Məktəb tikintisi, - o cümlədən Saatlıda da bu istiqamətdə böyük işlər görülür, - digər sosial obyektlərin, sosial infrastrukturun yaradılması məsələləri də uğurla öz həllini tapır. Beləliklə, ölkəmiz hərtərəfli inkişaf edir, ölkəmizin bütün bölgələri inkişaf edir. Vaxtilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. İkinci Dövlət Proqramı gələn ilin sonunda başa çatacaqdır. Beləliklə, nəzərdə tutduğumuz bütün məsələlər, bölgələrin inkişafı ilə bağlı bütün məsələlər öz həllini tapacaqdır.
Səhiyyə məsələlərinə gəldikdə, bir daha demək istəyirəm ki, bu, bizim üçün prioritet məsələdir. Bu sahədə aparılmış islahatlar artıq öz gözəl nəticələrini verməkdədir. Həm gözəl xəstəxanalar, müasir avadanlıqlarla təchiz edilən böyük tibb mərkəzləri, Bakı şəhərində ən yüksək standartlara cavab verən yeni tibb mərkəzləri yaranmışdır. İndi Azərbaycanda ən ağır əməliyyatlar həyata keçirilir. Vaxtilə bu əməliyyatlar üçün bizim vətəndaşlarımız başqa ölkələrə getməyə məcbur idilər. İndi ən ağır əməliyyatlar da Azərbaycanda yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda, maarifləndirmə işləri də yüksək səviyyədə təşkil olunmalıdır. Mən demək olar ki, hər bir xəstəxananın, diaqnostika mərkəzinin açılışında qeyd edirəm ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçməlidir. İndi buna şərait də imkan verir. Əvvəlki dövrdə bu mümkün deyildi. Amma indi Saatlı xəstəxanasında ən müasir avadanlıqlar vardır. Beləliklə, hər bir vətəndaş ildə bir dəfə mütləq müayinədən keçməlidir. Amma elə vətəndaşlar var ki, öz sağlamlıqlarına biganə yanaşırlar. Hesab edirəm ki, bu, dözülməz haldır. Çünki indi şəraitlə bağlı heç bir problem yoxdur. Diaqnostika mərkəzləri, mərkəzi rayon xəstəxanalarında ən müasir diaqnostika avadanlıqları, tomoqrafiya, ultrasəs cihazları - hər şey vardır" İlham Əliyev deyib.

Dövlət başçısı vurğulayıb ki, insan öz sağlamlığını özü qorumalıdır.

"Dövlət, əlbəttə, öz tərəfindən bütün lazımi tədbirləri görür. Ancaq insanların sağlamlığı onların əlindədir. İldə bir dəfə, bir neçə saat vaxt sərf etməklə insan öz sağlamlığını qorumuş olur, pis xəstəliklərdən özünü sığortalayır. Beləliklə, cəmiyyət üçün, ailə üçün öz xidmətlərini göstərmiş olur.
Bütövlükdə deyə bilərəm ki, son illər ərzində aparılan islahatlar nəticəsində statistik göstəricilər də yaxşılığa doğru inkişaf edir. Məsələn, Azərbaycanda insanların ömrünün uzunluğu artır. Bu, hər bir ölkənin ümumi inkişafını göstərən amildir. Uşaq ölümü azalır. Əfsuslar olsun ki, bu göstərici hələ lazımi səviyyədə deyil, ancaq dinamika müsbətdir. Yeni gözəl xəstəxanaların, xüsusilə doğum şöbələrinin fəaliyyəti nəticəsində uşaq ölümü, ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsində olmalıdır.
Bu statistika daha da müsbət ola bilərdi. Gərək maarifləndirmə işləri daha da geniş vüsət alsın və insanlar öz sağlamlığına daha da böyük həssaslıqla yanaşsınlar. Mən bunu arzulayıram.
Mən istəyirəm ki, Azərbaycan xalqı sağlam olsun. Gənc nəsil sağlam yetişsin. Bunun üçün bir daha demək istəyirəm ki, kompleks tədbirlər görülür. Həm infrastruktur layihələri, dövlət siyasəti, ekoloji tədbirlər, xüsusilə Kür, Araz çayları boyu yerləşən rayonlarda, kəndlərdə ekoloji vəziyyət, içməli su ilə təchizat xüsusi məna daşıyır. Məhz buna görə biz bir neçə il bundan əvvəl sutəmizləyici qurğuların yaradılmasına başlamışıq. Bu gün bunun bəhrəsini görürük. Əminəm ki, vətəndaşlarımız kompleks tədbirlər nəticəsində daha da sağlam olacaqlar.
Həkimlərin peşəkarlığı, onların xəstələrə qayğısı, əlbəttə, yüksək səviyyədə olmalıdır. Həkimlər də biliklərini artırmalıdırlar. Təkmilləşmə işləri aparılmalıdır ki, məsələlər daha da uğurla həllini tapsın.
Bu gün mən Saatlı rayonunda bir neçə obyektin açılışında məmnuniyyətlə iştirak etmişəm. Bu obyektlər bir daha göstərir ki, Saatlı rayonu hərtərəfli inkişaf edir. Bu gün Diyarşünaslıq Muzeyinin, Gənclər Mərkəzinin, Şahmat məktəbinin, Yeni Azərbaycan Partiyasının yeni binasının açılışlarını qeyd etdik. Yəni, bu açılışlar özlüyündə bir göstəricidir. Rayonun inkişafını göstərir, rayon gözəlləşir, abadlaşır. Mərkəzi meydan tamamilə yeni görkəm alıbdır və böyük istirahət zonasına çevrilibdir. Mən xatırlayıram, bu meydanın əvvəlki vəziyyəti o qədər də ürəkaçan deyildi. Amma indi insanların istirahəti, rahat yaşaması üçün ən gözəl şərait yaradılıbdır. Kənd yolları tikilir. Mənim sərəncamımla artıq bir neçə kəndi birləşdirən yeni yol tikilibdir. Yenə də buna ehtiyac vardır. Gələn aylarda əlavə vəsait ayrılacaqdır.
Yəni, insanların normal yaşaması üçün tədbirlər görülür və Saatlı rayonu inkişaf edir. Mən dəfələrlə Saatlıda olmuşam, bu, prezident kimi mənim dördüncü səfərimdir. Hər dəfə burada yenilikləri görəndə çox sevinirəm. Sizi - bütün Saatlı sakinlərini bu uğurlar münasibətilə təbrik edirəm, sizə yeni uğurlar, cansağlığı arzulayıram" İlham Əliyev deyib.

Xəstəxananın həkimi Adelina Ələkbərova göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

"Əziz Prezident, Sizi bütün tibb işçiləri və rayonumuzun ictimaiyyəti adından ürəkdən salamlayır, Sizə "Xoş gəlmisiniz!" deyirik. Sizin rayonumuza hər gəlişiniz bizə xoş günlər bəxş edir. Bu gün isə yüksək zövqlə yenidən qurulan bu xəstəxana biz tibb işçiləri və sakinləri üçün yeni bir töhfə oldu. Sizin ali diqqətiniz nəticəsində bizim arzularımız reallığa çevrildi. Bu gün yeni, dünya standartlarına cavab verən avadanlıqlarla, tibbi ləvazimatla təchiz olunmuş xəstəxana bizim ixtiyarımıza verildi. İndi bizim şəraitimiz çox gözəldir. Xəstəxanada doğum, reanimasiya, ginekologiya, cərrahiyyə, pediatriya və digər şöbələrdə əsaslı təmir işləri aparılmış və Saatlı əhalisinə yüksək tibbi xidmət göstərmək üçün bütün şərait yaradılmışdır.
Əlbəttə, biz tibb işçiləri başa düşürük ki, belə bir xəstəxanada işləmək özü də böyük bir məsuliyyətdir. Biz Sizi əmin edirik ki, bundan sonra da səylə çalışacaq, biliklərimizi artıracaq, qüvvə və bacarığımızı rayonumuzun sakinlərinin sağlamlığına yönəldəcəyik. Mən fürsətdən istifadə edib səhiyyəmizin, təhsilimizin, mədəniyyətimizin uğurlarında böyük xidməti olan həmkarımız Mehriban xanıma Saatlı camaatı adından böyük minnətdarlığımızı bildirmək istəyirəm.
Əziz Prezident! Saatlı rayonunda Azərbaycanın bütün regionlarındakı kimi yenidənqurma işləri aparılır. Salınan parklar, istirahət mərkəzləri, tikilən uşaq bağçaları, məktəblər və nəhayət bu gün istifadəyə verilən bu yeni xəstəxana Sizin rayonumuzun əhalisinə böyük diqqətinizin nəticəsidir. Doğma Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə Sizə uğurlar diləyirik. Sizə və ailənizə cansağlığı arzulayırıq. Allah Sizi qorusun!
Diqqətinizə görə çox sağ olun".

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Loading Bars
Xəbər lenti
Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb (FOTO)
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq
Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub (FOTO)
İbtidai siniflərin nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri
Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri
Yağan qardan sonra paytaxta təmizlik işləri aparılır (FOTO)
Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb
Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir
Azərbaycanda koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Fiziki tərbiyə dərsləri müvəqqəti dayandırılır
Vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb - Emin Əmrullayev
Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ
Sumqayıt Texnologiyalar Parkına yeni baş icraçı direktor təyin olunub
Təhsil kreditləri yeni qaydalarla verilə bilər
Təhsil haqqının ləğv edilməsi rəqabət şəraitindən imtina deməkdir - Nazir
Hazırkı şərait daha çox ibtidai sinif şagirdlərinin emosional vəziyyətinə təsir edib - Təhsil naziri
Parkinq KASKO avtomobil sığortasını Insure.az-da onlayn əldə edin
Ermənistanda müxalifət parlament qarşısında etiraz aksiyası keçirir
Qazaxıstanın Azərbaycandan pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər müvəqqəti xarakter daşıyır - Nazirlik
Bu siniflər tədrisin bərpasında problem yarada bilər - Nazir
Ermənistan tərəfdən Qarabağda döyüşlərə cəlb edilən daha iki terrorçu barədə cinayət işi başlandı
Ötən il ölkədə 170 yaşayış evi və obyektə oğurluq cəhdinin qarşısı alınıb
İri şəhərlərdə tədris həftədə 3, rayonlarda 4-5 dəfə olacaq - Nazir
Fevralın 1-dən bu şagirdlər məktəbə gedəcək
Ali Təhsil Müəssisələrində təhsil nə zaman bərpa olunacaq? - Nazirdən AÇIQLAMA
Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib
İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Məktəblər fəaliyyətə başlayır - Təhsil Nazirliyi təfərrüatları açıqlayır (CANLI)
Fevralın 1-dən məktəblər açılır
Minatəmizləmə Agentliyinin əməkdaşı Cəbrayılda minaya düşüb
Günay Cəlilova Yelo Bankın İdarə Heyəti sədrinin müavini təyin olunub
Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir
Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub
Dövlət xidmətləri barədə ilk sənədli filmdə “ASAN xidmət”dən bəhs olunub (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da hava şarları ilə internetə girişi təmin edən layihə bağlanıb
"Dostluq" Trans-Xəzər kəməri üzrə yeni danışıqlar üçün mühit yaradacaq - Norveç konsaltinq şirkəti
Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub - Sədr müavini
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirdi (FOTO/VİDEO)
Nişan edənlər polis şöbəsinə aparıldı
Pensiya adı ilə 480 min manatı mənimsəyən vəzifəli şəxslərin məhkəməsi başlayır
Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
Bank Respublika “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürüb
Şuşada yeni yarimstansiya tikilir (FOTO/VİDEO)
Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq - Yeni qaydalar
Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda inzibati məsuliyyətə cəlb edilməyəcək – Qaydalar dəyişir
Sürücülərın sürücülük vəsiqəsini özləri ilə daşımasına ehtiyac qalmayacaq
Astara terminalının yükaşırma gücü artırılacaq
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası – Ölüm halları, qəzalar azalacaq
Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət açıqlandı
"Dostluq" layihəsi enerji üzrə böyük potensialı reallaşdırmağa imkan verəcək - Fransalı ekspert
Dəmir Yollarında işə qəbul prosesi tamamilə məsafədən keçiriləcək
Bakıda yataqxana yanıb
Ötən gün poliklinikada 52 nəfər vaksinasiya olunub - Baş həkim
Sms-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı
Ötən il Bakıda baş verən yol qəzalarında 169 nəfər ölüb
Postlardan keçməyə cəhd göstərən 2059 avtomobil geri qaytarıldı, 1 nəfər həbs edildi
Xəstəxanalara xəbərdarlıq: Rentgen və digər aparatlar yoxlamadan keçməlidir
Dayısı oğlu 36 yaşlı Şəmkir sakinini güllələyərək qətlə yetirdi
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsinə fevraldan başlanılacaq
ETSN Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara aydınlıq gətirib
Türkmənistanla memorandumun imzalanması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq - Ekspert
Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaradıb - BNA
Müharibədən zərər görən ailələrdə psixoloji travmanı aradan qaldırmaq üçün uzunmüddətli iş aparılmalıdır - Dövlət Komitəsi
Əhali ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsin - Mütəxəssis
Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması məqsədilə Türkiyə təcrübəsini öyrənir (FOTO)
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu (FOTO)
Yanvarın 22-də xarici valyutaların manata qarşı məzənnələri
Pandemiya dövründə seriallara baxış necə olub? - Tədqiqat
Azərbaycanda ibtidai icma dövründə baş verən edamla bağlı aparılan tədqiqatın nəticələri açıqlanıb
Hindistanın baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər öldü
Bu il Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın keçirilməsi planlaşdırılır
Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaq
Portuqaliya hakimiyyəti Britaniya ilə uçuşları dayandıracaq
ÜST: Dünyada ötən sutka koronavirusa 610 mindən çox yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib (FOTO)
İngiltərə Premyer Liqası: "Liverpul" 68 matçlıq məğlubiyyətsiz seriyasını dayandırıb
Türkiyədə son sutkada koronavirusdan 6 113 nəfər sağalıb
Şahbuzda zəlzələ qeydə alınıb
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
Böyük Britaniyada gün ərzində 1,3 min insan COVID-19-dan ölüb
Azərbaycan və Fransa XİN başçıları telefonla danışıblar
Gəncədə ev yanıb
Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Bütün xəbərlər