...

Poti limanının işi iflic olub

Siyasət Materials 1 Noyabr 2012 11:31 (UTC +04:00)
Gürcüstanın Qara dəniz sahilindəki Poti limanında işçilərin tətili nəticəsində limanın işi tamamilə iflic olub.
Poti limanının işi iflic olub

Gürcüstan, Tbilisi, 1 noyabr/Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Qara dəniz sahilindəki Poti limanında işçilərin tətili nəticəsində limanın işi tamamilə iflic olub. Trend-in Gürcüstan TV-yə istinadən verdiyi məlumata görə, tətildə limanın 1 200 işçisinin hamısı iştirak edir.

Limana girişi bağlayan aksiyanın 300 iştirakçısı liman administrasiyasından tələblərinin yerinə yetirilməsini istəyirlər. Onların əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı liman rəhbərliyi ilə danışıqları iflasa uğrayıb. Oktyabrın 25-də limanın 200 nəfərdən çox işçisi iki saatlıq xəbərdaredici tətil keçirib. Onlar iş şəraitinin yaxşılaşdırılmasını, təhlükəsizliyə əməl olunmasını, əmək müqavilələrinin bağlanmasını və layiqli əməkhaqqının verilməsini tələb ediblər.

Hazırda limanda əməkhaqqı 100-200 lari (1 dollar = 1,66 lari) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti