...

Azərbaycan Parlamenti bəzi KİV-ləri hədəfə götürdü (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Noyabr 2012 12:18 (UTC +04:00)
Milli Məclisin (MM) növbəti plenar iclası başlayıb. Trend-in məlumatına görə, Oqtay Əsədovun sədrlik etdiyi iclasın gündəliyinə ümumilikdə 12 məsələ salınıb.
Azərbaycan Parlamenti bəzi KİV-ləri hədəfə götürdü (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin (MM) növbəti plenar iclası başlayıb. Trend-in məlumatına görə, Oqtay Əsədovun sədrlik etdiyi iclasın gündəliyinə ümumilikdə 12 məsələ salınıb.

O cümlədən iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklər ediləcək. "Mədəniyyət haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

Milli Məclisin növbəti plenar iclasında deputat, BQP sədri Fazil Mustafa ölkə mətbuatının "Diffamasiya haqqında" qanuna hazır olmadığını bildirib. O bildirib ki, mətbuatda təhqirlər, böhtanlar yer alır.

Əsədov Mustafanın dediklərində həqiqət olduğunu bildirib. O deyib ki, bəzi KİV-lər böhtan yağdırmaqla məşğuldur.

Milli Məclisin (MM) iclasında mətbuatda gedən böhtan yazıları mövzusu müzakirə edilib. MM-in sədri Oqtay Əsədov bununla bağlı Parlamentin mətbuat xidmətinə göstəriş verəcəyini deyib.

Əsədov deyib ki, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var.

"Amma Azərbaycana heç kim təzyiq edə bilməz", - spiker bildirib.

Deputat Zahid Oruc və Etibar Hüseynov da Mustafanın və MM sədrinin dediklərini dəstəkləyib.

Siyavuş Novruzov isə deyib ki, Azərbaycanın qüdrəti artdıqca təzyiqlər də artır.

Novruzov hazırda yağan yağışa işarə edərək deyib ki, müxalifətin aksiyasını cəmiyyət kimi, Allah da istəmir. O, deyib ki, parlamentin əleyhinə yazan KİV-lərin müxbirlərinin MM-də akkreditasiyası ləğv olunmalıdır.

"Nə vaxt düzələrlər, onda da yenidən akkreditasiya olunanlar", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti