...

Gürcüstan Prezidenti hökuməti dinlərarası düşmənçiliyin genişlənməsinə yol verməməyə çağırıb

Siyasət Materials 2 Noyabr 2012 16:58 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili hökuməti Niqvziani kəndində (Gürcüstanın qərbi, Quriya regionu) baş vermiş insidenti araşdırmağa çağırıb.
Gürcüstan Prezidenti hökuməti dinlərarası düşmənçiliyin genişlənməsinə yol verməməyə çağırıb

Gürcüstan, Tbilisi, 2 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili hökuməti Niqvziani kəndində (Gürcüstanın qərbi, Quriya regionu) baş vermiş insidenti araşdırmağa çağırıb. Belə ki, cümə axşamı həmin ərazidə müsəlman gürcülərlə pravoslav gürcülər arasında qarşıdurma yaranıb.

"Belə qarşıdurma Gürcüstan xalqının maraqlarına uyğun deyil və mən yeni hökuməti bundan sonra belə problemlərin yaranmaması üçün əlindən gələni etməyə çağırıram. Bizim tariximizə, bizim xalqımızın tolerantlığına əsaslanaraq, belə hərəkətlər heç vaxt bizim ənənələrimizlə bir yerə sığmır", - Prezident bəyan edib.

Səhər saatlarından etibarən Lançxuti rayonunun Niqvziani kəndində vəziyyət gərginləşib. Yerli sakinlər Acarıstandan köçüb gəlmiş müsəlman gürcülərə ibadət etməyə icazə vermirlər. Yerli əhali müsəlman ibadətgahının açıldığı evin qarşısına toplaşıblar. Onların sözlərinə görə, onlar öz torpaqlarında müsəlmanlara dua etməyə icazə verməyəcəklər.

İbadətgahın sahibi Arçil Kaxadze bəyan edib ki, onlar hər nə olursa-olsun, ibadət edəcəklər: "Çünki bunun üçün qanuni hüquqa malikdirlər. Yerli sakinlərin onlara bunu qadağan etməyə heç bir hüququ yoxdur".

Hadisə yerinə çoxlu sayda polis səfərbər olunub. Onlar gərginliyi azaltmağa nail olublar.

Artıq Gürcüstan müsəlmanlarının müftisi Camal Paksadze kəndə gəlib və o, yerli icra hakimiyyətlə danışıqlar aparır. Tərəflər məsələni iki həftə ərzində həll etmək barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti