Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, İmişli şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İmişli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.