Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov cümə axşamı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Bu barədə Trend-ə İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
Dadaşovanın sözlərinə görə, qeyri-rəsmi xarakter daşıyan görüşdə ikitərəfli münasibətlər, dini məsələlər barədə fikir mübadiləsi aparılıb.