...

Bu gün Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası keçirilib

Siyasət Materials 16 Noyabr 2012 14:25 (UTC +04:00)
Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrinin rəisləri iştirak ediblər.
Bu gün Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası keçirilib

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Bu gün Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası keçirilib.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrinin rəisləri iştirak ediblər.

Kollegiya iclasında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin 2012-ci ildə hazırlığının yekunları, 2013-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edərək Prezident, ali baş komandan İlham Əliyevin göstəriş və tövsiyələrini şəxsi heyətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti