...

Prezident İlham Əliyev Sinqapur şəhərindəki Milli Səhləb Bağı ilə tanış olub (FOTO)

Siyasət Materials 21 Noyabr 2012 12:17 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapura dövlət səfəri çərçivəsində noyabrın 21-də bu ölkənin paytaxtındakı Milli Səhləb Bağı ilə tanış olmuşdur.
Prezident İlham Əliyev Sinqapur şəhərindəki Milli Səhləb Bağı ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapura dövlət səfəri çərçivəsində noyabrın 21-də bu ölkənin paytaxtındakı Milli Səhləb Bağı ilə tanış olmuşdur.

Bağın icraçı direktorunun müavini Leonq Çi Çieu dövlətimizin başçısına buradakı nadir bitkilər barədə məlumat verdi. Bildirildi ki, Milli Səhləb Bağında yetişdirilən və dünyanın heç bir yerində olmayan nadir səhləb gülünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı verilmişdir. Həmin gülün sertifikatı dövlətimizin başçısına təqdim olundu.

Prezident İlham Əliyev Sinqapur Milli Səhləb Bağının fəxri qonaqlar kitabını imzaladı.

Daha sonra Prezident İlham Əliyev Sinqapur botanika bağları kompleksinin ərazisindəki Milli Səhləb Bağı ilə tanış oldu.

Məlumat verildi ki, 70 hektar ərazisi olan bağın təməli XIX əsrin sonlarında qoyulmuşdur. Tropikal memarlığın ən mükəmməl nümunələrindən olan bu bağda səhləb güllərinin yetişdirilməsinə XX əsrin əvvəllərindən başlanmışdır. 1928-ci ildə burada səhləb güllərinin milli səviyyədə qorunması qərara alınmışdır. İndi bağın kolleksiyasında mindən çox səhləb gülü növü vardır və onun yeni növlərinin yetişdirilməsi ilə bağlı tədqiqatlar davam edir. Burada, həmçinin elmi tədqiqatların aparılması üzrə mərkəz də fəaliyyət göstərir.

Prezident İlham Əliyevə Milli Səhləb Bağında mövcud olan suvarma sistemləri və soyuq şəraitdə bitkilərin yetişdirilməsi barədə məlumat verildi.

Sonda dövlətimizin başçısına Milli Səhləb Bağının fəaliyyəti və burada yetişdirilən növlər barədə məlumatların toplandığı kitab və bukletlər təqdim olundu.

Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sinqapur Respublikasına dövlət səfəri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti