...

Ərdoğan: Türkiyə kəşfiyyatı Qəzzadakı hadisələrin inkişafını izləyir

Siyasət Materials 21 Noyabr 2012 13:20 (UTC +04:00)
Türkiyə kəşfiyyatının rəhbəri Qəzza sektorundakı vəziyyəti müşahidə etmək üçün Misirdədir.
Ərdoğan: Türkiyə kəşfiyyatı Qəzzadakı hadisələrin inkişafını izləyir

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə kəşfiyyatının rəhbəri Qəzza sektorundakı vəziyyəti müşahidə etmək üçün Misirdədir. Trend-in çərşənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, HƏMAS barışığa hazırdır, lakin hələlik İsrail tərəfindən cavab yoxdur. O bildirib ki, tərəflər arasında danışıqlar Misir vasitəsilə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti