...

Azərbaycan və Rusiyanın hakim partiyaları ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 23 Noyabr 2012 13:29 (UTC +04:00)
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirak edən Vahid Rusiya Partiyasının Rəyasət Heyətinin üzvü Andrey Klimov noyabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla görüşüb.
Azərbaycan və Rusiyanın hakim partiyaları ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.Mehdiyev/

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirak edən Vahid Rusiya Partiyasının Rəyasət Heyətinin üzvü Andrey Klimov noyabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla görüşüb.

Trend-in məlumatına görə, Əhmədov YAP ilə Vahid Rusiya Partiyası arasında əlaqələrin inkişaf etdiyini bildirib və deyib ki, hər iki ölkənin hakim partiyaları arasında əməkdaşlıq beynəlxalq səviyyədə də inkişaf edir.

"Düşünürük ki, partiyalarımızın gənclər təşkilatları arasında da əlaqələr daha da genişlənməli və inkişaf etməlidir. Partiyalarımız arasında əməkdaşlığın genişlənməsi xalqlarımız arasındakı dostluq münasibətlərinin də genişlənməsin töhfə verəcək", - YAP funksioneri deyib.

Andrey Klimov bildirib ki, Vahid Rusiya Partiyası YAP-la əlaqələrin təkcə ikitərəfli formatda deyil, beynəlxalq təşkilatlar çərçicəsində də inkişafında maraqlıdır.

Qonaq YAP-ı dekabrın 3-də Sankt-Peterburqda Avrasiya ölkələri siyasi partiyalarının əməkdaşlığına dair keçiriləcək konfransa dəvət edib.

Əhmədov dəvəti qəbul edib və Azərbaycan nümayəndə heyətinin bu toplantıda iştirak edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti