...

Əfqanıstanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib (FOTO)

Siyasət Materials 23 Noyabr 2012 18:30 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Şakir Kargarı qəbul edib.
Əfqanıstanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Şakir Kargarı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, etimadnaməsinin surətini Məmmədyarova təqdim edən əfqanıstanlı səfir Azərbaycana təyin olunmasından məmnunluğunu bildirib və ölkəmizin inkişafından təsirləndiyini söyləyib. Məhəmməd Şakir Kargar Azərbaycanda çalışacağı dövr ərzində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.

Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin zəruriliyini vurğulayıb. Xarici işlər naziri yeni təyinatı ilə bağlı səfiri təbrik edib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti