...

Bolqarıstan QDİƏT PA-ya sədrliyi dövründə regiondakı münaqişələrin həllinə çalışacaq

Siyasət Materials 28 Noyabr 2012 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/

Bolqarıstanın sədrliyi dövründə QDİƏT regiondakı münaqişələrin həllinə çalışacaq. Trend-in məlumatına görə, bu barədə Bolqarıstan parlamentinin sədri Tseska Tsaçeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin sədrliyini Azərbaycandan qəbul edərkən deyib.

"Biz iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə, regiondakı mövcud münaqişələrin həll olunmasına çalışmalıyıq. Ona görə ki, bu münaqişələr bzim hamımızı narahat edən məsələdir və bizim əməkdaşlığımıza mane olur", - Tsaçeva bildirib.

Spiker qeyd edib ki, QDİƏT PM-in Bakıda keçirilən növbəti 40-cı plenar iclası qarşıya qoyulan məqsdələrə nail olub.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyi müddətində təşkilat daha effektiv fəaliyyət göstərib. Sessiya zamanı müzakirə edilən məsələlər bunun bariz nümunəsidir.

Tsaçeva bildirib ki, QDİƏT PA regionda yeganə təşkilatdır ki, region ölkələri arasında birgə əməkdaşlığı, inteqrasiya proseslərini sürətləndirə bilər.

"Ümid edirəm ki, Bolqarıstanın sədrliyi müddətində təşkilat qarşısına qoyduğu məqsədlərə çatmaq və daha səmərli fəaliyyət göstərmək üçün səyləri davam etdirəcək, Bolqarıstanın sədrliyi müddətində üzv ölkələrin əməkdaşlıq potensialından istifadə edərək əməkdaşlığın effektivliyinə nail olacaq", - o, vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti